Balqabaqlı düyü sıyığı

Balqabaq çox xeyirli tərəvəzdir. Onun tərkibində müxtəlif vitaminlər (A, C, D, E, PP, K, B qrupu), aminturşular, zülallar, sellüloz, müxtəlif faydalı mineral maddələr (kalium, kalsium, maqnezium, ftor, sink, fosfor və s.) var.

Balqabaq dəmirlə olduqca zəngindir. Bu balqabağı uşaqlar və hamilə qadınlar üçün çox faydalı edir. Balqabaq karotinlə də çox zəngindir. Karotin insan orqanizmində güclü antioksidant olan A vitaminə çevrilir. Uzun müddət ərzində saxlanıldıqda balqabaq öz faydalı xüsusiyyətlərini itirmir.
Davamı →

Ekspress sıyıq

Hər bir valideynə məlumdur ki, uşaqlar eynilikdən tez yorulur və müxtəlifliyi çox sevirlər. Hər səhər eyni qəhvəaltıları etmək hətta böyüklər üçün də cansıxıcı təəssürat verir. Yəqin ki, bu səbəbdən insanların çoxu səhərlər nə yeyəcəklərinə qərar vermədiklərindən qəhvəaltını ötürməyə üstünlük verirlər.

Əksər ailələr “səhərlər tez və sağlam nə yeyək?” sualı ilə üzləşirlər. Faydalı, rəngarəng, tez və asan ərsəyə gələn səhər yeməyi bütün ailəni sevindirəcəkdir. Hazırlanması asan və az vaxt tələb etdiyindən bunu hətta atalar da edə bilərlər. Stəkanda lay-lay hazırlanan sıyıq istənilən ailə üzvünün zövqünü oxşayacaqdır.
Davamı →

Südlü toyuq şorbası

Uşaqların qidalanmasında şorbanın yerini heç bir yemək verə bilməz. Şorbalar uşaqların menyusunda ön sırada durur. Südlü toyuq şorbası 6 aylıq və ondan böyük uşaqlar üçündür.

Lazım olan ərzaqlar:
¼ su stəkanı süd
1,5 çay stəkanı toyuq suyu
1 desert qaşığı un
1 xörək qaşığı qədər toyuq əti
1 kök

Hazırlanma qaydası:
Bir xörək qaşığı qədər toyuğu bir kiçik köklə bişirin. Toyuq bişəndən sonra didin. Kökü yaxşıca əzin.

Ayrı bir qabda 1/4 su stəkanı südlə 1 desert qaşığı unu bişirin. İçinə 1,5 çay stəkanı toyuq suyunu, əzilmiş kökü və toyuğu əlavə edin. Qaynayana qədər qarışdıraraq bişirin.
Davamı →

Uşaqlar üçün südlü şorba

Tərkibi:
1 stəkan süd
1 xörək qaşığı düyü unu
Pomidor suyu
1 çay qaşığı zeytun yağı

Hazırlanması:
Bir qazana süd, 1 xörək qaşığı düyü unu, yarım  stəkan pomidor suyu və ya əzməsi əlavə olunub bişirilir.
Sonra, 1çay qaşığı zeytunyağı əlavə edilərək uşağa yedirdilir. Un qatılmadığında çox az çörək içi  verilə bilər.

Qeyd: Körpələrə inək südü 1 yaşından əvvəl verilməməlidir.


Davamı →

Allergiya

Mədə bulanması, bədəndə qırmızı ləkələr, yaxud çəkinin artmaması körpənizdə həzm, hətta allergiya probleminin göstəricisi ola bilər.

Samirin bədəni, qaşımaqdan yaraya çevrilən qırmızı ləkələrlə örtülmüşdü. Hətta bəzən qaşımaqdan onları qanadırdı. Bu halət onda üç aylığından yaranmışdı. Anası ilk dəfə hazır uşaq yeməyi verərkən Samir qusdu, sonra da güclə nəfəs almağa başladı. Uşaq az qala boğulurdu. Müayinə zamanı məlum oldu ki, onda inək südünə qarşı allergiya var. Həkim Samirə hipoallerqen yemək tövsiyə etdikdən sonra allergiyası da aradan qalxdı.
Ardı →